Kolumbiyada hamilə qadının bətnindəki döl də hamilə olub.
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, Barrankiliya şəhərində həkimlər Monika Veqanın USM müayinəsi zamanı onun bətnindəki dölün başqa bir döl udduğunu deyiblər.
"Embrion daxilində embrion” adlanan bu nadir anomaliya həm də "əkiz parazit” adlanır. "Parazit əkiz” heç vaxt inkişafı tamamlamır və öz beyni və ya ürəyi olmur. Dominant əkizi ilə orqanları bölüşmür və təkbaşına yaşaya bilmir.
Həkimlər "parazit əkiz”in büyüdükcə doğulacaq normal körpənin həyatına təhlükə yaradacağını və dərhal qeysəriyyə əməliyyatı keçirməyi məsləhət biliblər.
Əməliyyatdan 24 saat sonra yeni doğulan İçmaranın da bətnindən qeysəriyyə əməliyyatı ilə beyni və ürəyi olmayan əkiz toxuma kütləsi çıxarılıb.
Med.vesti.ru-nun xəbərinə görə, körpə İçmaranın vəziyyətinin normal olduğu bildirilib.