ABŞ-ın Houston Methodist xəstəxanasının tibbi personalının böyük qismi kovid peyvəndindən imtina etdiyi üçün rəhbərliklə aralarında mübahisə yaranıb. Artıq 150 tibb işçisi vəzifəsindən azad edilib.
Medicina.az xəbər verir ki, Hyuston akademik tibbi mərkəzi işçilərinin məcburi vaksinlənməsi barədə qərar vermişdi.
Lakin çox işçilər bununla razılaşmayıb və məhkəməyə baş vurmuşdular. Lakin ştat hakimi xəstəxana rəhbərliyinin qərarını qüvvədə saxlayaraq, peyvənd olunmamış işçilərin işdəm çıxarılması haqqını qoruyub. Uduzan tibb işçiləri işdən azad edilib. Onlar mübarizəni sona kimi davam etdirəcəklərini bildiriblər.
Həkim və tibb işçiləri peyvənddən imtina etmələrini belə əsaslandırıblar:
“Biz öz gözümüzlə peyvənddən sonra gələn xəstələri gördük. Onlarda trombdan tutmuş ürək tutması, aritmiyaya kimi hər cür simptomlar var idi. Tam normal, sağlam adamların bir neçə günə xəstə düşdüklərini, yataqdan tərpənə bilmədiklərini gözümlə gördüm. Mən niyə sağlamlığımı riskə atmalıyam” – bunları baş tibb bacısı Cenifer Bridces USA Today qəzetinə açıqlamasında deyib.
Digər işçi Frinya Stuart isə bədəni və orqanizmini qorumağın onun konstutusion haqqı olduğunu bildirib.
“Mən istəyirəm ki, bədənim öz təbii immunitetini istifadə etsin. Bu vaksindən qat-qat yaxşıdır. Vurulan vaksinlər barədə informasiya kifayət qədər deyil, iynədə nə olduğunu bilmirəm”.