ABŞ və Rusiya arasında münasibətlərin Nüvə müharibəsi həddinə çatması səbəbindən Amerikada şüa xəstəliyinə qarşı xüsusi preparatlara tələbat artıb.
"Medicina" xəbər verir ki, son zamanlar hökümət nüvə təhlükəsizliyinin təmin edilməsi üçünn bu preparatların ehtiyatının tutulması üçün 300 milyon dollar ayırıb.
Amerikalılar hər an nüvə partlayışı olacağını düşünərək artıq bu dərmanları kütləvi şəkildə alıb, evdə saxlayırlar.
Prepatatın adı Nplate-dir. O, şüa xəstəliyindən baş verən qanaxmanı dayandırmaq üçündür.
Amerika hökuməti ilk dəfədir ki, rəsmi olaraq bu preparatın əldə olunması üçün müraciət edir.
Bir doza dərman 1000 -2500 dollar arasındadır.
Şüa təsirindən yüksək radiasiya insan qanında laxtalanmanı pozaraq, trombositlərin sayımı azaldır, nəticədə qanaxma başlayır. İnsanın ağzından, burnundan qan açılır.
Dərman bu təhlükəli anı saxlamaq üçündür.
Aygün Musayeva