Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Amerikalı qadın Meksikadan supermikrob gətirdi – Heç bir antibiotik təsir etmir

  • 2019.01.25 16:47
  • 9285 Baxış
Amerikalı qadın Meksikadan supermikrob gətirdi –  Heç bir antibiotik təsir etmir
40 yaşlı  Amerika vətəndaşı Tamika Kaponee hipertoniya və piylənmədən əziyyət çəkirdi və o mədəsində əməliyyat keçirmək üçün Meksikaya ucuz bir xəstəxanaya gedir. 


Medicina.az xəbər verir ki, əməliyyatdan sonra özünü pis hiss edən qadının tikiş yerlərində irinli absess yaranıb. Tamikanı xəstəxnaya yerləşdiriblər. Məlum olub ki, qadın çox dayanıqlı Pseudomonas aeruginosa adlı bakteriyaya ilə infeksiyalaşıb.


Xəstəxanadaxili yoluxan bu bakteriya bütün güclü antibiotiklərə qarşı davamlıdır. 

O. ABŞ—ın 12 –ci vətəndaşıdır ki, barriatrik əməliyyat zamanı bu bakteriyaya yoluxub. 


Həkimlər qadına bütün mövcud antibiotiklərlə müalicə təyin ediblər, lakin o sağalmır. Artıq həkimlər də bakteriya qarşısında çarəsiz qaldıqlarını etiraf edir, mübarizəni qadının immunitetinə və taleyin öhdəsinə buraxıblar.