Amerikalı milyarder cavanlaşmaq üçün 17 yaşlı oğlunun qanını özünə köçürüb.
“Medicina” xəbər verir ki, uzunömürlülüyün sirrini axtaran 45 yaşlı Brayan Consona 17 yaşlı oğlunun qan komponentləri köçürülüb.
Prosedur aprelin 3-də Dallas (ABŞ) yaxınlığındakı özəl klinikada baş tutub. Bir neçə saat ərzində 17 yaşlı Talmaqeydən bir litr qan götürülüb ki, bu da yeniyetmənin bədənindəki ümumi qan həcminin təxminən beşdə birini təşkil edir. Bundan sonra o, plazmaya çevrilərək Brayan Consona köçürülüb.
Milyarder əvvəllər də anonim donordan plazma alıb. Məlumata görə, kiçik Consonun ideal bədən kütləsi indeksinə malik olduğuna, sağlam həyat tərzi sürdüyünə və heç bir tibbi vəziyyətdən əziyyət çəkmədiyinə əmin olmaq istədiyi üçün nəzarət altına alınıb.
Metod Parkinson və Alzheimer xəstəliklərinin qarşısını almaq, həmçinin idrak funksiyalarını azaltmaq üçün istifadə olunur.
Bundan əvvəl Brayan Conson Bloomberg-ə verdiyi müsahibədə əbədi gənclik naminə hər il həkimlərə və tibbi prosedurlara iki milyon dollar xərclədiyini bildirmişdi. Fevralda məlum olub ki, milyarder xərçəng xəstəsi olan gəlinini pulsuz qoyub, onu müalicə etdirmir.
Günay Quluzadə