Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Amerikalı həkimdən ŞOK HƏRƏKƏT: öz sperması ilə...

  • 2019.03.21 11:15
  • 13787 Baxış
Amerikalı həkimdən  ŞOK HƏRƏKƏT: öz sperması ilə...


 



Amerikalı süni mayalanma mütəxəssisi Donald Klaynın ağlasığmaz əməlləri üzə çıxıb.


Həkimin illərlə xəstələri üzərində apardığı müalicələrdə öz spermasından istifadə etməsi aşkarlanıb.


Beləliklə, onun 48 insanın bioloji atası olduğu öyrənilib. O, xəstələrinə tibdə oxuyan tələbələrdən sperma alacağını deyib və onları arxayın salıb. Lakin gizli şəkildə öz spermasından istifadə edib. Əməllərini özü etiraf edən doktor bu addımından dolayı üzr istəyib.


İndiana şəhərində meydana gələn bu olay kiçik yaşlarında süni mayalanma yolu ilə dünyaya gəldiyini öyrənən bir uşağın öz "bacı-qardaşlarını” axtarmaq üçün DNT testi etdirməsi ilə ortaya çıxıb. Az sayda bacı-qardaş tapa biləcəyini təxmin edən balaca uşaq sonda bioloji atasının etirafı ilə bu rəqəmin 48 olduğunu öyrənib.


Qeyd edək ki, sözügedən həkim 2009-cu ildə təqaüdə çıxıb. 2017-ci ildə isə iki ittiham üzrə barəsində 1 illik həbs cəzası qəbul edilib. Lakin ona bu əməli ilə bağlı hər hansı cinayət işi açılmayıb. Çünki İndiana qanunlarında həkimlərin süni mayalanma zamanı öz spermalarından istifadə etməsini qadağan edən maddə yoxdur./publika.az