Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Amerikada yaradılan yeni ağrıkəsici morfindən güclüdür, asılılıq yaratmır

  • 2018.09.01 15:00
  • 15887 Baxış
Amerikada yaradılan yeni ağrıkəsici morfindən güclüdür, asılılıq yaratmır
Hələ ki, şərti adı AT-121 olan yeni dərman iki molekulun tapılmasından sonra meydana gəldi: molekullar beyindəki 2 əsas reseptor qrupuna təsir etməliydi. Hansı ki, dərmanın kimyəvi tərkibinə asılılıq hissi yaradırdı.


Medicina.az xəbər verir ki, bu nəzəriyyəyə görə aqonist hər iki reseptorları blok edərək, ağrını azaldacaq, amma asılılıq effekti yaratmayacaq. 

Preparatın təcrübədə ilk nəticələri ümidvericidir. Sınaqlar keçirilən meymunlarda AT-121 morfin kimi təsir etmiş, amma dozasına görə morfindən 100 dəfə aşağı olmuşdur. 


Dərmandan sonra heyvanlarda heç bir əks təsir müşahidə olunmamış, bir müddətdən sonra asılılıq yaranmamışdır. 

Hazırda yeni dərmanın insanlar üzərində sınağına hazırlıq gedir. Farmakoloqlar əmindir ki, bu araşdırma da uğurlu olacaq və insanlar yeni daha keyfiyyətli, zərərsiz ağrıkəsici ilə tanış olacaqlar.