Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Amerikada necə həkim olmaq olar?

  • 2023.05.26 13:07
  • 1699 Baxış
Amerikada necə həkim olmaq olar?
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tələbələr və rezidentlər üçün "Amerikada necə həkim olmaq olar?" adlı panel görüş keçirilib.





Medicina.az xəbər verir ki, klinikanın direktoru Fərid Eyvazov tələbə və rezidentlərin fəaliyyəti, təhsili, problemləri haqqında çıxış edib:


"Biz Tibb Universiteti olaraq rezidentura təhsili veririk. Bununla yanaşı, təkcə ölkəmizdə deyil, Avropa və Amerikadakı mövcud praktikalara daha dərindən yiyələnmək üçün belə seminarların təşkil edilməsi əhəmiyyətlidir. Bu məqsədlə xaricdə fəaliyyət göstərən mütəxəssislərimiz, yerli həkim əməkdaşlarımızla görüşlərimiz olacaq. Bizim təhsil sistemimiz müasir dünya təhsilinə inteqrasiya etsə də, bu prosesin operativ, sürətli olmasını təmin etmək üçün çalışmalıyıq. Əminik ki, fəaliyyətimizin bu istiqaməti sizə maraqlı olacaq”.


Direktor çıxışının sonunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Tibb Universitetinin rektorluğuna və Amerika-Azərbaycan Tibb Assosiasiyasının prezidenti və həmtəsisçisi Rauf Şahbazova bu konfransın həyata keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.


Daha sonra vaxtilə ATU-da bakalavr təhsili almış, İstanbul Marmara Universitetində ixtisaslaşmış və hazırda ABŞ-ın Nyu Cersi ştatında yerləşən "Overlook Hospital"da rezidentura təhsilini davam etdirən həkim-qastroenteroloq Nərgiz Qasımova təlimçi olaraq çıxış edib. O, tələbə və rezidentlərə Amerikada sertifikatlı həkim olmaq, orada işləmək hüququ əldə edə bilmək imkanları haqqında danışıb.

Sonda tələbələr və rezidentlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Amerikada necə həkim olmaq olar?