Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Amerika həkimləri koronavirusun yeni simptomunu açıqladı – Gözlərə diqqət!

  • 2020.03.28 20:26
  • 3807 Baxış
Amerika həkimləri koronavirusun yeni simptomunu açıqladı  – Gözlərə diqqət!

Amerika koronavirusla mübarizəyə qoşulandan ABŞ həkimləri də bu xəstəliyin yeni simptomlarını qeyd edirlər.

Medicina.az xəbər verir ki, amerikan oftalmoloqları virusun gözün selikli qişası ilə də keçib yoluxdura bilməsini təsdiqləyib. Bunun əlaməti isə qızarmış və yaşaran, sulanan, qıcıqlanan gözlərdir.

Həkimlər bildirir ki, xəstələr də gözdə narahatlıqdan şikayətləniblər.

Düzdür, əvvəldən gözündə allergik reaksiya, xəstəlik və göz quruluğu olanlar dərhal panikaya düşməməlidir. Təkcə bu əlamət koronavirusun əlaməti deyil.

Amma həkimlər ağız və burun kimi, gözləri də qorumağa çağırır və eynək taxmağı, xüsusən qoruyucu, üzə kip yapışan eynəkdən istifadəni tövsiyə edir