Koronavirusa yoluxan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov xəstəxanaya yerləşdirilib.
Millət vəkili Qənirə Paşayeva onun müalicəsinin Yeni Klinikada davam etdiriləcəyini bildirib.
"Əziz dostlar, bir az əvvəl elmlər doktoru, professor, dəyərli ziyalı İdris Abbasovla danışdıq. Artıq Yeni Klinikadadır. Xəstəxananın rəhbəri Pərviz müəllimlə də geniş müzakirə etdik. İdris müəllimin sağalması üçün əllərindən gələn bütün tibbi dəstəyi göstərəcəklərini, müalicənin yüksək səviyyədə aparılacağını söylədi. İdris müəllimin həyat yoldaşı da 1 saat içində xəstəxanaya yerləşdiriləcək.
TƏBİB və Təcili Tibbi Yardımın rəsmiləri ilə danışdıq, sağolsunlar dəstək göstərdilər. İnanırıq ki inşallah İdris müəllim və xanımı qısa zamanda sağlamlıqlarına qovuşacaqlar. Dualarınızı əksik etməyin. İdris müəllimə və dəyərli xanımına bir daha Allahdan acil şəfalar diləyirəm".
Xatırladaq ki, elmlər doktoru, professor İdris Abbasov öz "Facebook" səhifəsində həyat yoldaşı ilə birlikdə koronavirusa yoluxduqlarını bildirmişdi. İ. Abbasov bir neçə gündür xəstəxanaya yerləşdirilmək üçün müraciət etsə də, ötən gün iki saata yaxın təcili yardım maşınında gözlədilib.
"İlahi, 10 nəfər 4 gündür məni klinikaya yerləşdirməyə çalışır. Alınmır. Mənə zülm edilir. Mənə Allah yetər. Qaytarın evə müalicəmi davam edim . 1 daata yaxın təcili yardımda saxlayıblar. Xəbər gəlir, yer yoxdur. Deyirlər ancaq tapşırıqladır. Ölüm bundan şərəflidir. Mən vallah istəmirəm artıq. Tövbə edirəm. Bu münasibətdən sonra mənə heç bir dərmanınız kömək etməyəcək. Demək, gözləyirlər məni tapşıracaqlar. Tapşırılmayan öləcək. Mən Allahıma sığınıram və qismətim! Başım gicəllənir. Gəlməyə də bilərdim. Çünki 4 gündür başıma bu oyunu gətirirlər. Amma əllərində bəhanə var ki, imtina edirəm. İndi son mənzərəni görüb qəti imtina edirəm. Psixoloji sui-qəsd 4 gün".
Sehiyye nazirliyi və təbib hara baxır. Millet niye bele eziyyet cekmelidi