Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

AMEA koronavirusla bağlı açıqlama verdi: “Bolluca istirahət edin”

  • 2020.03.19 10:08
  • 1417 Baxış
AMEA koronavirusla bağlı açıqlama verdi:  “Bolluca istirahət edin”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın qaydalarını açıqlayıb.

Bildirilir ki, koronavirus tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslardan biridir. Virusla mübarizə zamanı məsuliyyətsiz davranış yolverilməzdir.


AMEA-nın Elmi İşlər üzrə direktor müavini Ələmdar Məmmədov bildirib ki, virusla mübarizə aparmaq üçün immunitet gücləndirilməlidir.

“Yaxşı istirahət etmək vacibdir. Şəxsi gigiyena qaydalarına əməl olunmalı, düzgün qidalanmaq lazımdır”, - deyə o əlavə edib.

Xüsusilə vurğulamaq lazımdır ki, bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar sadəcə daşıyıcı rolunu oynayırlar. Buna görə insanın gigiyena qaydalarına əməl etməsi olduqca vacibdir.