Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ambulansda doğuşu qəbul edən tibb işçiləri təltif edildi

  • 2024.05.16 17:06
  • 879 Baxış
Ambulansda doğuşu qəbul edən   tibb işçiləri təltif edildi
E
Yaranmış situasiyadan çıxış yolu kimi doğuş prosesini təcili tibbi yardım avtomobilində həyata keçirən iki fərqli təcili tibbi yardım briqadasının əməkdaşları göstərdikləri çevik, operativ və nümunəvi xidmətə görə TƏBİB rəhbərliyi tərəfindən mükafatlandırılıblar.



"Medicina" xəbər verir ki, təltif edilənlər 6 may tarixində Bakı şəhərində xəstəxanaya aparılarkən yolda baş verən doğuş prosesini, eləcə də 15 may tarixində İsmayıllı rayonunda yaranmış əlverişsiz hava şəraitinə görə yolda qalan hamilə qadına kömək etməklə doğuş prosesini təcili tibbi yardım avtomobilində gerçəkləşdirən tibb işçiləridir.


Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən həmin əməkdaşlar - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili və təxirəsalınmaz tibbi yardım həkimi Nərmin Pənahova, feldşer Xatunə İbrahimova, sürücü Aftandil Əhmədov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının mama-ginekoloqu Afaq Mirzəyeva, mama İlahə Adgözəlova, feldşer Ramin Şıxaliyev və sürücü Gülağa Abdullayev təcili tibbi yardım xidmətinin nümunəvi və səmərəli təşkilinə görə təltif ediliblər.

Xatırladaq ki, yaranmış gərgin vəziyyətdən çıxış yolu kimi təcili tibbi yardım avtomobilində idarə edilən hər iki doğuş prosesi uğurla başa çatıb. Yeni doğulan körpələr və analarına daha sonra tibb müəssisələrində zəruri tibbi xidmətlər göstərilib. Hər birinin vəziyyəti müsbət qiymətləndirilir.