ABŞ-ın “Amazon” şirkətinin 20 minə yaxın əməkdaşı koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, pandemiyanın yayıldığı mart ayından bəri 19 min 816 işçinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
ABŞ mediasının iddiasına görə, şirkətin 10-a yaxın əməkdaşı xəstəlik səbəbilə dünyasını dəyişib.
Qeyd edək ki, “Amazon”un ABŞ-da 1,3 milyon əməkdaşı var