Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Koqi əyalətində 6 nəfər qidadan zəhərlənərək ölüb.
Medicina.az xarici mediaya istinadla bildirir ki, Koqi əyalətinin Anyoke rayonunda bir evdə yerli “amala” yeməyi yeyən insanlar zəhərlənib.
Zəhərlənənlərdən 6-sı evdə dünyasını dəyişib.
Koqi Dövlət Səhiyyə Müvəkkili AbdulAzzez Adams Adeiza verdiyi açıqlamada evdə olan digər 2 nəfərin qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət etdiyini bildirib.
Hadisənin araşdırılması üçün sağlamlıq komitəsinin yaradıldığını qeyd edən Adeiza müayinə üçün qida nümunələrinin götürüldüyünü deyib.
Aygün
BakuPost