Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alzheymer xəstəliyinin başlanğıc əlamətləri aşkar edildi

  • 2023.04.17 17:22
  • 1274 Baxış
Alzheymer xəstəliyinin başlanğıc əlamətləri  aşkar edildi
Alimlərin yeni kəşfi insanlarda xəstəliyin ilkin mərhələsini aşkar etməyə imkan verəcək.

“Medicina” məlumatına görə, Şimali Karolina İnstitutunun alimləri şəkər qrupundan molekul aşkar ediblər ki, qanda onun səviyyəsi Alzheimer xəstəliyinin başlanmasından on il əvvəl özünü göstərir.

Alzheymer xəstəliyində beyindəki neyronlar ölür və bunun beta-amiloid və tay zülallarının anormal yığılmasının nəticəsi olduğu düşünülür. Müəlliflər daha əvvəl Alzheimer xəstəliyi olan insanlarda tay və spesifik şəkərlərin, qlikanların səviyyələri arasında əlaqəni göstəriblər.

Lakin bu analizlər xəstəliyin müntəzəm skrininqi üçün istifadə edilməsi çətin olan serebrospinal maye üzərində aparılmışdır.

Alimlər yeni bir araşdırmada, qanlarında müəyyən səviyyədə qlikan olan insanların Alzheimer xəstəliyinə tutulma ehtimalının iki dəfədən çox olduğunu göstərdilər.

Bu o deməkdir ki, qanda bu molekulun səviyyəsi Alzheimer xəstəliyinin riskini qiymətləndirmək üçün və ilk simptomlardan çox əvvəl istifadə edilə bilər.

Testin dəqiqliyi təxminən 80% -dir. Nəticələr 17 il ərzində izlənilən 233 iştirakçıya əsaslanır. Alzheimer xəstəliyinə qarşı dərmanların klinik sınaqları göstərir ki, müalicəyə patoloji prosesin erkən mərhələsində başlamaq lazımdır.

Günay Quliyeva