Çinin Fudan Universitetinin tədqiqatçıları Alzheimer xəstəliyinin və demensiyanın yeni əlamətlərini müəyyən ediblər.
Medicina.az xəbər verir ki, bu əlamətlər onurğa-beyin mayesində protein biomarkerləri ilə aşkarlana bilir.
Araşdırmanın nəticələri “Nature Human Behavior” jurnalında dərc olunub.
Təhlildə serebrospinal mayedə (CSF) çoxsaylı zülalların eyni vaxtda ölçülməsinə imkan verən və zülal səviyyələrində incə dəyişiklikləri aşkar edən multipleks proteomikadan istifadə edilib.
Alzheimer xəstəliyi diaqnozu qoyulmuş xəstələrdən və koqnitiv problemləri olmayan insanlardan alınan CSF nümunələrinin təhlili iltihab, neyron zədələnməsi və digər pozğunluqlar da daxil olmaqla patoloji proseslərlə əlaqəli zülalları müəyyən edib.
Ən diqqətəlayiq kəşf, Alzheimer xəstəliyinin diaqnozunda yüksək dəqiqliyi təmin edən CSF biomarker YWHAG idi. Dörd (YWHAG, SMOC1, PIGR və TMOD2) və beş (ACHE, YWHAG, PCSK1, MMP10 və IRF1) biomarker üçün testlər müvafiq olaraq 0,987 və 0,975-ə qədər dəqiqliyi əhəmiyyətli dərəcədə artırıb.
Müəyyən edilmiş biomarkerlərin effektivliyini qiymətləndirmək üçün əlavə araşdırmalar aparılıb.
Nəticələr təsdiqlədi ki, yeni biomarkerlər mövcud olanlardan üstündür və Alzheimer xəstəliyi nümunələrini digər nümunələrdən ayırmağa, həmçinin demensiyaya doğru klinik gedişatı proqnozlaşdırmağa kömək edir.
Gələcəkdə tədqiqatçılar tədqiqatlarını daha çox insan üzərində təkrarlamağı, biomarkerləri təkmilləşdirməyi və klinik istifadə üçün standartlaşdırılmış diaqnostik testlər hazırlamağı planlaşdırırlar.
Aysel