Biz texnologiyanın ən yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə yaşayırıq. İstehsal edilən qadjetlər həyatımızı yüngülləşdirir. Amma eyni zamanda beynin işi ilə bağlı xəstəliklərin sayı da gün-gündən artır. Artıq çox insanda 60 yaşdan sonra yaddaş zəifliyi və dağınıq düşüncə meydana gəlir. Bu xəstəliklərdən ən çox yayılanı isə Alzaymer xəstəliyi hesab edilir.
Mütəxəssislər bildirirlər ki, Alzaymer xəstəliyinin profilaktikasında sınanılmış üsullar mövcuddur.
Medicina.az sizə həmin üsulları təqdim edir:
Göstəricilərə görə, insan əli ilə yazdıqda beyni sürətlə işləyir. Bu zaman yalnız barmaqlar deyil, həm də gözlər də fəaliyyətdə olur. Bütün bunlar psixi funksiyaların artmasına gətirib çıxarır. Yazmağın faydaları böyükdür.
20 dəqiqə yazı yazmaq:
1. Emosiyaları canlandırır
Yazı yazarkən emosiyalar işə düşür. Buna görə də, psixoloqlar insanlara çox zaman fiziki gərginliyi aradan qaldırmaq üçün yazı yazmağı məsləhət görürlər. Buna görə də gündəlik tutmaq və hadisələri gündəliyə köçürtmək insanı yüngülləşdirir. Yazı yazaraq, beynin normal funksiyası üçün stressdən azad olmağa nail olmaq mümkündür.
2. Yaddaş
Əl ilə yazdıqda beynin psixomotor funksiyasını idarə edən hissə fəaliyyətə keçir. Bundan əlavə, yaza yazaraq yaddaşı artırmaq da mümkündür. Çünki insan yazarkən hərifləri və rəqəmləri xatırlayır. Klaviaturada işləyərkən isə bu avtomatik şəkildə baş verir.
3. Kiçik motorika
Əl ilə yazı yazarkən beyin yarımkürələrinin hər ikisi birdən işləyir. Uşaqlarda bu proses daha sürətli gedir. Amma böyüklərdə onu həmişə işə salmaq tələb olunur. Alzeymerin proflaktikasında tikmək, toxumaq, hörgü hörmək böyük rol oynayır.
4. Təsəvvür
Əl ilə yazı yazan zaman beynin sağ yarımkürəsi işə düşür. Bu hissə düşünməyə, emosiyaya, məntiqə cavabdehdir. Kişik eksperiment keçirmək olar: kiçik həcmli inşanı həm əl ilə həm də kompüterdə yazın. O zaman əl ilə yazmağın daha emosional və xoş hisslər verdiyinin şahidi olacaqsız.
5. İntellektual inkişaf
Danışıq dilinin və yazı yazmağın normada olması sağlamlıqdan xəbər verir. Həkimlər psixodiaqnostik müayinə apararkən yalnız insanın xarici görünüşünə deyil həm də onun şifahi və yazılı nitqinin normada olduğunu müəyyən edirlər. Heç təsadüfi deyil ki, psixi problemləri olan insanlara doldurmaq üçün sorğu vərəqəsi təqdim edilir. Bu zaman onların yaddaşları, əl hərəkətləri və dinləmə qabiliyyətləri müşahidə edilir.
6. Şifahi nitq
Yazmaq yalnız əl hərəkətlərində ibarət deyil. Alimlər müəyyən ediblər ki, yazı yazmaq şifahi nitqə də təsir edir. İnsan nə qədər çox yazı yazarsa onun fikirləri düzgün formalaşır və onu düzgün bir şəkildə ifadə edir.
7. Savadlılıq
Əl ilə yazdıqda sözlərin əvəzləyicisi olmadığı üçün insan sözlərin düzgün yazılmasına diqqət edir. Əgər duz yazmayıbsa o zaman üstündən xətt çəkərək yanında düzgün variantı qeyd edir. Bu isə beynin içini artıraraq onun funksiyasının yaxşılaşdırır.
Arzu
Medicina.az