Fərqli yaşlarda rastlanılan altsheymer xəstəliyi getdikcə artır.
Medicina.az xəbər verir ki, türkiyəli nevroloq Barış Metin bu xəstəlik haqqında məsləhətlər verib:
“Ən çox irəli yaşlı insanlarda buna rastlanılır. Əlamətlərini xəstənin yaxınları hiss edir. İlk başlarda unutqanlıq olur. Xəstəliyin əlamətləri şəxsin özünün həyatındakı önəmli hadisələri unutması və eyni sualı təkrar-təkrar verməsi ilə özünü göstərir. Telefon nömrəsini unutmaq və ya alış-verişdə almalı olduğunuz şeyi unutmaq xəstəliyin əlaməti deyil. Unutqanlıq çox ciddi şəkildə olmalıdır”.
Eyni sualı təkrar verirsə, diqqət!
“Bir sualı dəfələrlə soruşursa, bu xəstəliyin başlanğıcı ola bilər. Altsheymer demensiyanın ən çox rastlanılan tipidir. Gündəlik həyatı pozan unutqanlığın olub-olmadığı araşdırmalıdır. Unutqanlıq varsa, ikinci addımda tomoqrafiya ya da MRT ilə beyində xəstəliyin əlaməti olan kiçilmənin olub-olmaması yoxlanılır. Xəstəliyin genetik olaraq keçmə riski çox aşağıdır. Həm kişilərdə, həm də qadınlarda bu xəstəliyə rastlanılır. Qadınlar kişilərə görə daha uzun yaşayır. Bunun səbəbi kişilərdə ürək-damar xəstəliklərinə daha çox rastlanılmasıdır. Altsheymer xəstəliyinin ümumi statistikasına baxsaq, bəlkə də qadınlar daha çox çıxar. Bunun səbəbi qadınların daha uzun yaşayıb, daha çox altsheymer xəstəliyinə məruz qalmasıdır.
Eyni zamanda, xəstəliyin xroniki depressiyası olan, üzgün insanlarda rastlanılmasına aid sübutlar var. Depressiya insanı içinə qapalı edir. Xüsusilə yaşlılarda depressiyaya diqqət edilməlidir.
Altsheymerdən tamamilə qorunmaq və riski sıfıra endirmək mümkün deyil. Amma yaşam tərzimizə görə bundan uzaq qala bilərik. Ən önəmlisi qidalanmamıza fikir verməli, artıq çəki və şəkər xəstəliyindən qorunmaq lazımdır. Fiziki aktivlikdə burada önəmlidir”.