Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Altı yaşlı uşaq pnevmoniyadan öldü - BAKIDA

  • 2020.03.28 13:19
  • 1865 Baxış
Altı yaşlı uşaq pnevmoniyadan öldü -  BAKIDA
12:45

Bakıda altı yaşlı uşaq pnevmoniyadan öldü.

Martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyev vəfat edib.

İlkin məlumata görə, ölümə səbəb pnevmoniya olub.

Pnevmoniyanın koronavirusa yoluxma nəticəsində yaranıb-yaranmadığı hələlik məlum deyil.


***

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyevin vəfat etməsi məsələsinə münasibət bildirib.

TƏBİB-in Mətbuat Katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, ölüm səbəbinin tam dəqiqləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyini gözləmək lazımdır:

"Uşaq xəstəxanaya çatdırılan zaman vəfat edib. Kəskin qarın simptomu diaqnozu ilə xəstəxanaya daxil olub”.