Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Altı uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi - RUSİYADA

  • 2020.03.17 15:55
  • 1426 Baxış
Altı uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi -  RUSİYADA
Rusiyanın Başqırdıstan Respublikasında altı uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə səhiyyə naziri Maksim Zabeli məlumat verib.


“Səhər saat 08:00-a olan məlumata görə, koronavirus infeksiyası şübhəsi ilə stasionar nəzarətdə 41 nəfər var, onlardan altısı uşaqdır. Həmin şəxslərin vəziyyəti stabildir, Rusiya və başqa ölkələrdən olan aparıcı mütəxəssislərin tövsiyələrinə uyğun müalicə aparılır.

Lazımi müayinələr tətbiq olunur. Respublika Gigiyena və Epidemiologiya mərkəzinin işçiləri tərəfindən götürülən analizlər laboratoriyaya göndərilib. Müşahidə və müalicə boks bölməsində aparılır”, - deyə Zabelin açıqlayıb.

Hələlik Başqırdıstan Respublikasında koronavirusa yoluxma halı müəyyən edilməyib.