Qanda alaninaminotransferaza ALT qaraciyər, həzm və hətta ürək xəstəliklərinin diaqnozunda vacib analizdir.
“Medicina” xəbər verir ki, ALT yüksəlməsi qaraciyər toxuması hüceyrələrinin müəyyən miqdar zədələnməsi, "ölməsi" və toxumanın nekrozlaşması deməkdir.
Amma bəzən müəyyən səbəblərdən ALT yüksəldə də, 2-5 sutka ərzində normaya düşə bilər.
Əgər ALT və AST normadan 2 dəfə yüksəlibsə, bu hiperfermentemiyadır, əgər 5-10 dəfə yüksəlibsə, bu artıq ciddi patologiyadır.
Hepatitlərdə ALT sarılıqdan 10-15 gün öncədən yüksəlir, hepatit B-də isə həftələr öncə artmağa başlayır.
Kəskin virus hepatitlərində göstəricilər 500 Me/l qədər arta bilir.
ALT endikdən və ya müalicədən sonra təkrari qalxarsa, bu yeni nekrozlaşmanı göstərir.
Uzun müddət ALT yüksək qalması və təkrari qalxmalar xroniki hepatit, sirroz və s-dən xəbər verir, gedişat ürəkaçan deyil.
Alkoqol mənşəli hepatitlərdə AST daha yüksək olur, amma hər iki ferment 500-600 ME/l-ə çatır.
Aspartataminotransferaza – AST kəskin hepatitlərdə, toksiki zəhərlənmələrdə, xərçəng və metastazlarda yüksəlir.
Eləcə ürək miorkardı zədələnməsi və xəstəliyində də ALT –AST yüksələ bilər.
Analizlərdə hər iki ferment yüksək çıxdıqda qastroenteroloq və hepatoloqa müraciət etmək lazımdır.
Aygün Musayeva