Orqanizmdə olan xüsusi tip yağ molekulları Alsheymerin diaqnostikası üçün marker ola bilər.
“Medicina” xəbər verir ki, Vaşinqton universitetinin alimləri beyində olan anomal zülal yağlarında artım və dəyişikliyin Alsheymer xəstəliyinin erkən simptomu olduğunu sübut ediblər.
Alimlər 80 nəfər 50 yaşlı koqnitiv sağlam insanı tədqiq edib. Onların yarısında orta dərəcədə piylənmə var idi.
Könüllülər beynin PET tomoqrafiyası, bədənin MRT-si və bəzi metobolizm analizlərindən keçirilib.
Nəticələr göstərib ki, beyində amiloidlər çoxalanda bədəndə qarın, bel ətrafı visserial piylənmə artır. Eləcə də yüksək insulin rezisdentliyi beyində amiloidlərin artımı ilə mütənasibdir.
Bununla da piylənmə, visserial piy, insulin dirənci, beyində amiloidlərin PET müayinəsi ilə 20 il öncədən insanın Alsheymer olub-olmaması müəyyən edilə bilər.
Bu xəstəyə və həkimlərə vaxt qazandırır ki, şəxs həyat tərzini dəyişsin və daha sağlam qidalanmaya keçsin.
Aygün Musayeva