Yaponiyada Alzheimer xəstəliyinin əlamətlərini aşkar edə bilən qan testi istifadəyə verilir.
"Medicina" xəbər verir ki, Sysmex şirkəti tərəfindən istehsal edilən test Alzheimer xəstələrinin beyinlərindəki “amiloid beta” zülalını ölçə bilir.
Belə ki, test dəsti xəstədən alınan az miqdarda qanda "amiloid beta" zülalının miqdarını ölçərək erkən diaqnoz qoyacaq.
Əgər bu test dünya bazarına tez çıxarılarsa, Alsheymer xəstəliyinin diaqnoz olunması sürətlənəcək.
Aygün M