Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alsheymer qidamızdan asılıdır- Bu yeməklərdən uzaq durun

  • 2024.12.23 16:26
  • 281 Baxış
Alsheymer qidamızdan asılıdır - Bu yeməklərdən uzaq durun

Əsrin bəlası olan demensiya və Alsheymer xəstəliyini 80% artıran qidalar açıqlanıb.


“Medicina” xəbər verir ki, Texas və Boston universitetinin alimləri Freminqem şəhərinin əhalisi üzərində ciddi sınaq keçiriblər.


Hələ 1948-ci ildə başlayan Freminhem ürək tədqiqatına 5000 yerli sakin cəlb olunub. Onların üzərində heç bir ciddi sınaq aparılmayıb. Sadəcə bu illər ərzində həyat tərzi və qidalanmalarına dair anketlər doldurulub və sorğular aparılıb.


Demensiya və əqli gerilik üzrə müşahidə qrupuna 60 yaş üzəri 1487 nəfər daxil idi. 13 il ərzində bunlardan 246-da demensiya, yaddaş itkisi və Alsheymer aşkarlanıb.


Alimlər onların anketlərini təhlil edəndə bu nəticəyə gəliblər ki, bəzi qidalar və vərdişlər Alsheymeri artırır, digərləri isə azaldır. Alimlər 36 faktoru ayırd edib.


O insanlar ki, beyini və orqanizmi müdafiə edən qidalardan imtina edib, zərərli qidalanma vərdişləri olub, onlarda demensiya olmaq 84% artır.
Alimlər ayrı-ayrı yeməkləri yox, hətta bir neçə yeməkdə ola biləcək komponentləri sadalayıblar.


Alimlər beyini qoruyan, Alsheymerə qarşı qoruyucu maddələrin siyahısını təqdim edir:


- beta karotin
- kofein
- liflər
- fol turşusu
- maqniy
- B 1 vitamini
- Omeqa 3-6
- niasin
- B qrup vitaminləri
- flavanoidlər
- yaşıl, qara çay
- soğan, sarımsaq
- alkoqol – bəzi içkilər
- İstiot


Yağlı qidalar, karbohidratlar, xolesterin, doymuş yağlar, heyvani yağlar, dəmir çoxluğu Alsheymeri artıra bilər.


Aygün Musayeva