Məşhur doktor Berqin sözlərinə görə, sağlamlığın əsas mənbəyi bağırsaq mikroflorasıdır.
Sağlamlığımız bağırsaqlardakı mikroorqanizmlərin müxtəlifliyi və və bu müxtəlifliyi necə artıra biləcəyimizlə bağlıdır.
“Medicina” xəbər verir ki, bağırsaqlarımızda çox sayda, müxtəlif adda mimikroorqanizmlər yaşayır. Doktor Berq hər bir xəstəliyinin kökünün disbiozda olduğunu bildirib.
“Bağırsaqlar üçün ideal təmilik yox, mikrobların müxtəlifliyi vacibdir.
Solmanellər, hilkobarter pilori, klastridium bütün bu mikroorqanizmlər bizim orqanizmimizdə sağlam mühitdə yaşayır. Bunlar bizi narahat etmir. Lakin biz orqanizmimizə qarşı düzgün davranmadıqda, sağlamlığımızın qeydinə qalmadıqda diareya, bağırsaq iltihabı nəticəsində toksinlərin artması, piylənmə, metobalizmdə zəiflik, halsızlıq baş qaldırır. Bütün bunlar disbiozla nəticələnir.
Əslində disbioz bütün xəstəliklərin səbəbidir. Hətta Alsgeymer və Parkinsonun irəlləməsi, şizofreniya, bipolyar pozğunluq, stress, depresiya ilə də bağlıdır.
Disbioz hətta xərçəng xəstəliyi ilə bağlıdır. Xərçəng xəstələrinin çoxunda disbioz var.
Bağırsaq mikrobiomunun müxtəlifliyi immun sisteminin möhkəmlənməsi üçün vacibdir. Həmçinin iltihabı azaldır, yoğun bağırsaq hüceyrələrini qidalandırır, amin turşularının istehsalını gücləndirir, neyrotransmitterlər və zülallarla təmin edir, enerji verir. Onlr bir çox funksiyaları yerinə yetirir.
Kök sağlamdırsa immun sistemdə vitaminlərin istehlakı artır, minerallar, fitonutrientlər çoxalır, xəstəliklərə qarşı dözümlü oluruq.
Bəs mikroorqanizmin zənginləşməsi üçün nə etməli? Bunun üçün torpaqda yetişən köklü hüceyrələrdən ibarət olan tərəvəz, bitki, göyərti , meyvələr yeməliyik. Bu bağırsaqlarımızdakı köklü hüceyrələri inkşaf etdirir”.
Günay Quluzadə