Əsrin bəlası olan yaşlanmaya bağlı əqli gerilik, demensiya, yaddaş pozuntusu olan Alsgeymer xəstəliyinə qarşı bu bitkinin effektiv olması bildirilir.
Medicina.az xəbər verir ki, el arasında ət otu, mərzə deyə tanınan kəskin və xoş ətirli rozmarin beyinə aktivləşdirici təsir göstərir.
Belə ki, bu otun özünün və efir yağının ətri beynin koqnitiv funksiyalarını, yaddaşı, qan dövranını yaxşılaşdırır.
Rozmarin efir yağından istifadə edən insanlar etiraf edib ki, ondan sonra daha aydın düşünürlər.
Mütəxəssislər demensiya və Alsgeymer xəstəliyi olan insanlara rozmarin çayı, eləcə də ət yeməkləri və şorbalara rozmarin otu əlavə etməyi tövsiyə edir.
Eləcə də onların yatdığı otaqda rozmarin yağı yandırın.
Rozmarin efir yağının tüstüsündə nəfəs almaq nəinki yaşlı insanlara, uşaqlada da faydalıdır.
Xüsusən rozmarindən məktəblilər və tələbələr üçün geniş istifadə edilməlidir.
Bir çox tədqiqatlar sübut edib ki, rozmarin bədxassəli şişlərə qarşı da effektivdir.