Alsgeymer dünyada müalicəsi olmayan beyin xəstəliyidir. Onun qarşısını almaq müalicəsindən daha önəmlidir.
“Medicina” xəbər verir ki, rusiyalı həkim-dietoloq İqor Strokovun sözlərinə görə, bu xəstəliyin müalicəsi zamanı qidalanmaya ciddi nəzarət edilməlidir.
Belə ki, sənaye üsulu ilə hazırlanan qidalardan uzunmüddətli istifadə bu xəstəliyin müalicəsinə mənfi təsir göstərir.
Həkim bildirib ki, aşağıdakı qidalar Alsgeymer xəstəliyinə səbəb ola bilər:
- Həddən artıq pasterizə edilmiş qidalar. Məsələn, təzə, qurudulmuş və ya dondurulmuş meyvə və tərəvəzlər, taxıl bitkiləri, ət, balıq və süd.
- Emal edilmiş qidalar: meyvə konservləri, çörək, pendir, duzlu, hisə verilmiş və ya konservləşdirilmiş ət və balıq məhsulları.
- Yüksək dərəcədə emal edilmiş qida məhsulları. Məsələn, tərkibində yağ, piy, şəkər, nişasta və ya süni dad artırıcıları olan, praktiki olaraq, təzə ərzaqlardan istifadə edilmədən sənaye üsulu ilə hazırlanmış qida məhsulları
Yüksək dərəcədə emal edilmiş qida məhsulları hətta az miqdarda istifadə edildikdə belə Altsheymer xəstəliyi riskini artırır.
Günay Quliyeva