Rusiyalı bloqer Tasyanın alnındakı sızanaqları sıxmaq cəhdi fəlakətlə nəticələnib.
Medicina.az xəbər verir ki, alındakı iri sızanağı əli ilə sıxan zaman, ordan şəffaf maye axıb və o, bunun əslində çiban olduğunu anlayıb. Hadisədən üç gün sonra isə başında şiş yaranıb. Bloqer xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb. Orada həkimlər onun üçün antibiotiklər və kompres kursu təyin edib. Lakin müalicə zamanı şişkinlik azalmayıb, əksinə göz, burun və alın nahiyəsinə yayılmağa başlayıb. Bununla əlaqədar qızın çibanı cərrahi yolla çıxarılıb. Tasya əməliyyatın məbləğini açıqlamasa da, “çoxlu” pul xərclədiyini qeyd edib.
Hazırda bloqerin vəziyyəti yaxşılaşıb. O, əlavə edib ki, hələ də həb və müalicəvi məlhəmlərdən istifadə edir.