Türkiyədə estetik əməliyyat etdirən gənc qadın kor olub.
Medicina az xəbər verir ki, İstanbulda alın nahiyəsindəki qırışlardan narahat olan 25 yaşlı Enes B. 22 aprel 2022-ci ildə özəl xəstəxanada əməliyyat olunub.
Həkim U.A qarnından götürdüyü piyi Enes B.-nin üz nahiyəsinə yeridib.
Prosedurdan sonra narkozdan çıxan Enes B. sol gözünün görmədiyini anlayıb.
Həkimi ilə danışan və görmə probleminə çarə tapa bilməyən Enes B. məhkəməyə müraciət edib.
Enes B.-nin vəkili Səlahəddin Parın məhkəməyə təqdim etdiyi vəsatətdə, Enes B.-ni ilk növbədə olmasına baxmayaraq əməliyyata gec alındığı, həkimin digər xəstələrə yetişmək məcburiyyətində olduğu da qeyd edilib.
Əməliyyatın təxminən 2 saat olduğu, amma Enes B-nin əməliyyatının 35 dəqiqəyə tamamlandığı bildirilib.
Həkimin səhv diaqnoz qoyduğu və düzgün müalicə aparılmadığı iddia edilən ərizədə Enes B.-nin əməliyyatdan sonra sol gözündə görmə qabiliyyətini tamamilə itirdiyi, fiziki və psixoloji zədə aldığı vurğulanıb.
Müraciətdə həmçinib dəymiş ziyanın ödənilməsi üçün 1 milyon lirə mənəvi təzminat ödənilməsi istənilib.
Aygün Nəbiyeva
Medicina.az