Qərbi Almaniyanı güclü sel suları və çay daşqınları basıb. Təbii fəlakət nəticəsində 19 nəfər ölüb, 70 nəfər itkin düşüb.
Medicina.az xəbər verir ki, polis sel olan regionlarda xaos hökm sürdüyünü bildirib.İtkilər barədə dəqiq rəqəmlər demək çətindir.
Son 3 sutka ərzində Qərbi Almaniyada bir çox qəsəbə və kəndlərə normadan artıq yağıntı düşüb və çaylar məcrasından çıxıb.
150 min ev təcrid olub, elektriksiz qalıb.