Almaniyadakı Azərbaycanlı Həkimlərin I Forumu keçiriləcək

  • 2021.11.30 19:03
  • 1624 Baxış
Almaniyadakı Azərbaycanlı Həkimlərin I Forumu keçiriləcək

5-6 mart 2022-ci il tarixlərində Almaniyanın Köln şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin I Forumu keçiriləcək.


Medicina.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.


"Tibbi kadrların bütün dünyada cəmiyyətlər və dövlətlər üçün nə qədər önəmli bir məna kəsb etdiyini dərk etdiyimiz bir dönəmdə bu cür mühüm beynəlxalq tədbiri keçirməkdən qürur duyuruq. Bu tədbir zamanı gəldiyində Azərbaycan səhiyyəsinə də öz misilsiz töhfəsini verə biləcək", - deyə N.Abdullayev bildirib.

O, Almaniyada nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamları, həkimlərlə yanaşı, gənc həmkarların da bu forumda iştirak edəcəyini bildirib.


N.Abdullayev vurğulayıb ki, bu, dövlətini və millətini sevənlər üçün böyük bir yolun başlanğıcıdır.