Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Almaniyada yeniyetmə meymunçiçəyinə yoluxdu

  • 2022.08.04 15:39
  • 2571 Baxış
Almaniyada yeniyetmə meymunçiçəyinə    yoluxdu

Meymunçiçəyi ilk dəfə yeniyetmədə aşkar edildi

Almaniyada meymunçiçəyi virusu ilk dəfə yeniyetmələrdə aşkar edilib.

Medicina.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutundan məlumat verilib.

Əvvəllər ölkədə çiçək xəstəliyinin bu növünə yoluxma yalnız böyüklərdə qeydə alınırdısa, bu dəfə 15 və 17 yaşlı iki yeniyetmədə müəyyən edilib. İnstitutun məlumatına görə, onlar iyulun əvvəlində Ştutqart və Erfurtda yoluxublar.