Ötən gün Almaniyada 22 924 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Robert Kox İnstitutu məlumat yayıb.
Bildirilib ki, eyni dövr ərzində Qərbi Avropa ölkəsində 553 nəfər pandemiyanın qurbanı olub.
Beləliklə, Almaniyada indiyədək 1 742 661 nəfərdə koronavirus aşkarlanıb, 33 624 nəfər bu xəstəlikdən ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.