Almaniyada 2 724 meymunçiçəyinə yoluxma halı təsdiq olunub.
Virusa yoluxanların böyük əksəriyyətinin vəziyyəti ağır olmayıb.
Robert-Kox İnstitutunun verdiyi açıqlamaya görə, yoluxanlardan yalnız 5-i qadındır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı iyulun 23-də meymunçiçəyi epidemiyasını Beynəlxalq Fövqəladə Vəziyyət elan edib.