Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Almaniyada koronavirusdan ölüm sayı 53 minə çatır

  • 2021.01.26 10:54
  • 1163 Baxış
Almaniyada koronavirusdan ölüm sayı 53 minə çatır

Almaniyada son bir gündə 6 mindən çox koronavirusa yeni yoluxma halı və 900-dən çox ölüm faktı qeydə alınıb.

Bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 yoluxması ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatında göstərilir.

Belə ki, Almaniyada son 24 saat ərzində COVID-19 xəstələri arasında 903 ölüm halı qeydə alınıb, 6 408 nəfər isə yeni növ virusa yoluxub.

Almaniyada pandemiyanın başlanğıcından bəri ümumilikdə 2 148 077 yoluxma halı və 52 990 ölüm faktı təsbit edilib. 1,8 milyondan çox insan sağalıb./Report