Almaniyada koronavirusa yoluxma hallarının sayı 19,7 minə çatdı.
Medicina.az xəbər verir ki, bu göstəriciləri Almaniyanın federativ ərazilərindən daxil olmuş məlumatlara istinadən N-TV telekanalı açıqlayıb.
Qeyd edilir ki, əvvəlki günlə müqayisədə artım təxminən 4 min yeni hal təşkil edib. Şimali Reyn-Vestfaliya, Baden - Vürtemberq və Bavariya AFR-da koronavirusun yayılması episentri kimi qalırlar.
Ölkədə xəstəlikdən 40-dan çox insan ölüb.
Bazar günü AFR kansleri Angela Merkel və federativ ərazilərin baş nazirləri virusun çox sürətli yayılması əlaqədar olaraq ölkədə komendant saatının tətbiqi məsələsini müzakirə etmək niyyətindədir.