Ürək-damar xəstəlikləri iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə "epidemiya” kimi yayılıb. Statistikaya görə, bütün ölümlərin yarısı və əlilliyin üçdə biri ürək-damar xəstəliklərilə bağlıdır.
Ürək-damar xəstəliklərindən ölüm səbəbləri arasında birinci yeri ÜİX-i təşkil edir (təxminən 50% -i). Daha çox kişilərdə rast gəlinir.
Əsas səbəblər bunlardır:
•Koronar (miokardı qidalandıran) arteriyaların aterosklerozu. Damar divarında plakların formalaşması damar mənfəzinin daralmasına, bu da öz növbəsində ürək əzələsinə qan axınının pisləşməsinə gətirib çıxarır. Koronar damarların aterosklerozunda qanda xolesterinin müxtəlif növləri arasında balansın pozulması və "zərərli xolesterin” adlandırılan, aşağı sıxlıqlı lipoproteinlərin həddən artıq artmasının da rolu vardır. Stress, ağrı, həyəcan qan damarlarının spazmına səbəb olaraq damar mənfəzini daha da daraldır. Damarların aterosklerozunun əmələ gəlməsinə və urəyin işemik xəstəliyinin proqressivləşməsinə səbəb olan bir çox risk faktorlarıda vardır. Onlar lipid mubadiləsinin pozulması, piylənmənin formalaşması, damar tonusunun pozulması nəticəsində hipertoniyanın meydana cıxmasına, qanın laxtalanmasında tromb əmələ gəlməyə meyilliyin artmasına səbəb olurlar.
Bunlara aiddir:
•Zərərli vərdişlər (siqaretçəkmə, alkoqoldan istifadə)
•Piylənmə
•Fiziki aktivliyin az olması
•Yanlış qidalanma
•Genetik meyillik
•Yanaşı gedən xəstəliklər, diabet, hipertenziya
ÜİX-nın əsas simptomları:
Təngnəfəslik
Angina pectoris (döş sümüyü arxasında ağrı)
Hipertenziya
Aritmiya
Miokard infarktı
UİX–nın müalicəsində AÇF blokatorları, diuretiklər, ß-adrenoblokatorlar, statinlər (zərərli xolesterinin azalması ücün dərmanlar) və s. geniş istifadə olunur. Bu preparatlar xeyli yan təsirə malikdir, uzunmüddətli istifadələri asılılıq yaradır və bir sıra əks göstərişlərə malikdir.
Buna görə də müasir tibbdə xəstəliklərin müalicəsində və qarşısının alınmasında yeni yollar axtarılır. Bu baxımdan Biotənzimləyici Təbabət həm ABŞ, həm Avropada geniş yayılmış təbabətdir: xroniki, çətin sağalan və ya sağalması mümkünsüz sayılan xəstəliklərin müalicəsində effektiv və təhlükəsizdir.
Biotənzimləyici təbabətlə müalicə orqanizmin adaptasiya, özünütənzimləmə, özünümüalicə, regenerasiya qabiliyyətinin bərpasına yönəlib. Biotənzimləyici müalicə və preparatlar tək xəstəliyin simptomlarını deyil, onu yaradan səbəblərin də aradan qaldırılmasına təsir edir.
Kardiologiyada geniş istifadə olunan biotənzimləyici preparatlardan biri olan –Cralonin preparatı ilə tanış olun. Belə ki, tədqiqatlarla sübut olunmuşdur ki, Cralonin yalnız simptomlara deyil, ÜİX – nə gətirən səbəblərin aradan qaldırılmasına çox yaxşı təsir göstərir. Cralonin təhlükəsizdir və effektivdir, kimyəvi preparatların dozasını azaltmağa kömək edir.
Cralonin – lipid peroksidləşməsini azaldır, antioksidant müdafiəni aktivləşdirir, ürəyə simpatik sinir sisteminin təsirini azaldır, parasimpatik təsiri artırır.
Preparatın tərkibinə aşağıdakı komponentlər daxildir:
Crataegus: lipid mübadiləsinə təsir edir. Hipolipidemik aktivliyə malikdir və aterosklerozun inkişafında əsas patofizioloji amil hesab olunan aşagı sıxlıqlı lipoproteidlərin oksidləşməsini inhibə edir.
Spigelia anthelmia: aritmiyalarda, ürəkdə deşici ağrılar, stenokardiyada istifadə olunur.
Kalium carbonicum: ürəkdə deşici ağrılar, aritmiyalar, ümumi zəiflikdə göstərişdir
Tərkibindəki bitki və mineral komponentlərin individual xüsusiyyətlərinə və bir-birinin təsirini artırdığına görə aşağıdakı xəstəliklərdə Cralonin preparatı göstərişdir:
•angina pectoris
•ateroskleroz
•hipertenziya
•taxikardiya
•xroniki ürək çatışmazlığı
Preparat damcı şəkilində buraxılır: standart doza 10 damcı gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra.
Kəskin hallarda: 2 saat ərzində 10 damcı hər 15 dəq. bir
Ürək-damar xəstəlikləri və ya koronar ürək xəstəliyindən risk qrupunda olanlar vaxtında müayinədən keçməlidir, həyat vərdişlərini dəyişməlidir. Unutmayaq ki, xəstəliyin qarşısını almaq (profilaktikası) müalicədən asandı.