Almaniyada 4 uğursuz əməliyyat, 10 ildir burnunda çöplə yatan xəstə - Bakıda necə şəfa tapdı? - Video
Almaniyada 4 uğursuz əməliyyat, 10 ildir burnunda çöplə yatan xəstə - Bakıda necə şəfa tapdı? - Video
2023.12.08 17:54
15822 Baxış
Almaniyada yaşayan azərbaycanlı qadın burun çəpəri əyriliyi səbəbindən orda əməliyyat keçirib.
Lakin burnunda donqarlıq qalıb, kelloidlər əmələ gəlib. Nəfəs ala bilmədiyini görən xəstə ikinci dəfə
Frankfurtda rinoplastik əməliyyata girir. Amma bu dəfə də burnu daha da bərbad hala düşür.
4 dəfə Almaniyanın ən yaxşı klinikalarında əməliyyatlar edən pasiyentin burnu deformasiyaya uğrayır, bir tərəfli burun çökür, bütün qığırdaq və sümük toxuması məhv olur. Qadın hər gecə burnuna yad cisim salaraq burun deşiyini açıb nəfəs alaraq yatıb.
“Medicina” xəbər verir ki, Almaniyadakı həkimlər bir şey edə bilməyəcəklərini deyəndən sonra qadın Azərbaycanda həkim soraqlaşır və ümidlə Bakıya gəlir.
Yaxınlarının tövsiyəsi ilə o tanınmış rinoplastik cərrah, LOR həkim Məzahir Quliyevdə müayinə olunur və həkim burnu əlavə qığırdaqlarla bərpa edə biləcəyini bildirir.