Almaniyada Covid-19 vaksinlərinin yol açdığı fəsadlar səbəbilə 301 nəfər məhkəməyə müraciət edib.
Medicina.az xəbər verir ki, onların hər birinə ömürlük təzminat ödənməsinə qərar verilib.
Müraciətləri qəbul edilən 301 nəfərə hər ay 164-854 avro ödəniş ediləcək.
Səlahiyyətli qurumlar tərəfindən lazım görülərsə, bu şəxslərin müalicə xərcləri də dövlət tərəfindən qarşılanacaq.
Almaniyada vaksin və dərmanlardan məsul olan Paul Erlik İnstitutu (PEİ) peyvəndin fəsadları ilə bağlı siyahı tərtib edib.
Bu siyahıda Covid-19 vaksinlərinin ürək xəstəlikləri, eşitmə pozğunluğu və s. problemlərə səbəb olduğu qeyd olunub.
PEİ-nin hesabatına görə, 2022-ci ilin iyun ayına qədər 323 min 684 nəfərin yan təsirlərə məruz qaldığı təxmin edilib.
Eyni hesabatda, 120 nəfərin ölümü ilə vaksinlər arasında bağlantı aşkarlanıb.
Aynur
Medicina.az