Almaniyada 12 yaşından böyük uşaqlar da peyvənd ediləcək.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir Angela Merkel açıqlayıb.
O qeyd edib ki, ölkədə uşaqların vaksinasiyası iyunun 7-dən başlayacaq.
Merkel “Biontech-Pfizer” və “Moderna” şirkətlərinin son dərəcə etibarlı olmasına da diqqət çəkib.