Almaniya və Türkiyədən gələn həkimlər Bakıda treninq keçir - VİDEO
Almaniya və Türkiyədən gələn həkimlər Bakıda treninq keçir - VİDEO
2018.11.26 16:40
7420 Baxış
Bakıda 4-cü Beynəlaxalq Tibbi treninqlərə start verilib.
Medicina.az xəbər verir kii, 3 gün davam edəcək treninqlərdə Azərbaycanla yanaşı Almaniya və Türkiyədən alimlər iştirak edir. Bakıda dünya səviyyəli alimlər tərəfindən 100-dən çox iştirakçıya laporoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, ginekologiya və tibbin digər sahələri üzrə treninqlər keçirilir. Kurslar Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi əməkdaşlıq cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Treninqlər Avropada həkim, rezident, tələbələrə xüsusi peşələrin öyrədilməsi üçün tədris edilən proqramlarla aparılır.
Topçubaşov adına Elmi Cərahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Almaniyanın Hannover Universitet klinikasının professoru Mixail Gebel, Türkiyə Hacəttəpə Universitetinin proffesoru Meral Kanbak bu tip tədbirlərin Azərbaycanda Tibb elminin inkişafına verdiyi tövhələrdən danışıblar. Kursların yüksək ixtisaslı həkim kadrları tərəfindən hazırlanması və onların müasir tibbin yenilikləri ilə məlumatlandırılmasında əhəmiyyəti qeyd olunub.
Treninqlər Səhiyyə Nazirliyi tərəfindən akreditasiya olunaraq 18 davamlı tibbi təhsil balı ilə qiymətləndirilir.