Almaniyada məktəblər yenidən bağlana bilər.
Medicina.az xəbər verir ki, ölkədə virusun yeni variantının sürətlə yayılmasına görə, bu addımın atılması gözlənilir.
Almaniyanın təhsil naziri Bettina Stark-Vatsinger “Bild” nəşrinə müsahibəsində nazirliyin tabeliyində olan müəssisələri məktəblərin bağlanması labüd olacağı halda növbələşən dərslər keçməyə hazırlaşmağa çağırıb. O, rəqəmsal paktdan olan vəsaitlər hesabına məktəblərin təchizatını yaxşılaşdırmaq barədə göstəriş verib.
Nazir məktəb administrasiyalarını şagirdləri və müəllimləri sinifdə maska taxmağa, mütəmadi testdən keçməyə, şagirdlərin və müəllimlərin immunlaşmasını sürətləndirməyə çağırıb.