Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alman jurnalist Avropada dəhşətli epidemiya proqnozu verdi – İqlim dəyişikliyi milyonlarla insanı məhv edəcək

  • 2018.11.02 18:07
  • 10109 Baxış
Alman jurnalist Avropada dəhşətli epidemiya proqnozu verdi –  İqlim dəyişikliyi milyonlarla insanı məhv edəcək
Almaniyanın tanınmış jurnalisti Hannes Ştayn hazırda Avropadakı vəziyyətlə qədim Roma dövründəki vəziyyəti uyğunlaşdırıb.

 

Medicina.az xəbər verir ki, məşhur qəzetdə çıxış edən jurnalist Avropa iqlimində baş vermiş xarakterik dəyişikliklərin 540-cı ildə, qədim Roma imperiyası dövründə də müşahidə olunduğunu və həmin  ildə  vəba, taun epidemiyasının yayıldığını bildirir. 


Hazırda insanlarda antibiotiklərə dözümlü patogenlərin çoxalması və iqlimin dəyişməsi də eyni miqyasda epidemiya təhlükəsi yaradıb. 

Tarixi faktlar göstərir ki, qədim dövrdə bir neçə il ardıcıl anomal aşağı temperatur hökm sürürdü, insanlar bu illəri " yaysız illər” adlandırırdı. Həmin ərəfədə romalılar evləri isitmək üçün daha çox odun ehtiyatı üçün meşələri, ağacları qırırdılar. İmperiyanın dayanmaq bilməyən tikinti işləri də ağacların sayını azaldırdı. Ona görə bu soyuq illərdə vulkanların aktivliyi də müşahidə olunurdu. 


Aşağı temperatur vəba, taun, qızdırmanı oyatmaq  üçün imkan yaradırdı. Həmin əsrlərdə çəkilmiş İpək yolu və ticarət karvanları da bu virusları daha geniş əraziyə yaymağa birbaşa səbəb olmuşdu. Nəticədə milyonlarla insan 2 ilin ərzində öldü. 


İndi də bir neçə ildir sərin keçən yay, soyuqların daha çox davam etməsi, müasir virus və bakteriyaların ən güclü antibiotikləri belə tanıması, təslim olmaması, insanların ticarət məkanlarında çox olması, digər ölkələrə getməsi qədim dövrdəki təhlükəli epidemiya mənzərəsini təkrarlayır.

Məsələn, ən güclü antibiotik hesab edilən Kolistin 100% hallarda artıq təsir etmir. Kolistinə rezisdent olan gen Çində bütün insanlar və heyvanlarda formalaşıb. Paralel olaraq, valideynlərin peyvənddən qaçıb, bütöv bir peyvəndsiz nəsil yetişdirməsi, immuniteti ağır epidemik viruslar qarşısında müdafiəsiz qoyub.


Jurnalist Ümumdünya Səhiyyə təşkilatı və Avropa Səhiyyə birliyini iqlim dəyişikliyi ilə bağlı artıq tarixdə bir neçə dəfə təkrarlanmış epidemik vəziyyətin yaranmasına diqqət etməyə və təcili tədbirlər görməyə çağırıb.