Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alman həkim bağırsaq zəhərləyən 3 qidanı – AÇIQLADI

  • 2021.01.26 17:51
  • 4082 Baxış
Alman həkim bağırsaq zəhərləyən 3 qidanı  – AÇIQLADI
Alman həkim terapevt Tomas Frilinq bağırsaqları zəhərləyən 3 əsas qidanı açıqlayıb.

Medicina.az xəbər verir ki, həkim ilk növbədə şəkər və qəndi azaltmağı tövsiyə edir. Çünki o, bağırsaq mikroflorasında zərərli bakteriyaları çoxaldır.

Eləcə də kolbasa, sosis, hisə verilmiş ət və balıq məhsulları bağırsaqları deşir və xərçəngə səbəb olur. Qırmızı ət qəbulunu həftədə 300 qrama endirin.

Üçüncü zərərli yağlar- marqarin, trans yağ, mayonez və s. Onlar bağırsağı ciddi yükləyir və zəhərləyir.

Ümumiyyətlə, həzm problemləri olanlar bu qidalardan tamam imtina etməlidir.


Bağırsaqların selikli qişası üçün ən yaxşı qida lifli qidalardır. Paxlalar və tərəvəzlər liflərlə zəngindir.