Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alma və pomidorun yeni faydaları məlum olub

  • 2017.12.22 10:18
  • 22113 Baxış
Alma və pomidorun yeni faydaları məlum olub
Çoxlu alma və pomidor yemək siqaret çəkənlərin ağ ciyərlərinə olduqca müsbət təsir edir.

 

Medicina.az novator.az-a istinadən xəbər verir ki, "European Respiratory Journal” nəşrində dərc edilmiş məqalədə belə deyilir.


Məqalənin müəllifi olan alimlər 10 illik tədqiqata əsaslanaraq yazırlar ki, alma və pomidor siqaret çəkən insanın ağ ciyərini fəsadlardan, həmçinin soyuqdəymədən qoruyur.


Alimlər qeyd edirlər ki, ağ ciyərin fəaliyyəti 30 yaşdan sonra pisləşməyə doğru gedir. Çoxlu meyvə yemək bu prosesi yavaşıda və siqaretin ağ ciyərlərə vurduğu ziyanın qarşısını ala bilir.


Ekspertlərin proqnozuna görə, 2020-ci ilə ağ ciyər xəstəlikləri ölümcül xəstəliklər sırasında üçüncü yeri tutacaq. Ağ ciyər xəstəliklərini artıran səbəblərin 80-90%-i isə siqaretlə bağlıdır.


Tədqiqat müəllifləri pəhrizin də siqaret çəkən sağlam adamlarda və orqanizmi zəif insanlarda ağ ciyər xəstəliyinə yol açdığı qənaətindədirlər.


"European Respiratory Journal” nəşrindəki məqalənin müəllifləri 2002-ci ildə Avropanın müxtəlif ölkələrində yaşayan 600 adamın ağ ciyərini müayinə ediblər, onların 1 və 6 dəqiqə ərzində nə qədər hava uda bildiyini, necə pəhriz saxladığını və tütündən nə qədər istifadə etdiyini qeydə alıblar. 10 il sonra həmin adamlar yenidən müayinə olunub.


Analiz göstərib ki, gündə 2 pomidor və 3 alma yeyən insanlar ağ ciyər xəstəliyindən daha az əziyyət çəkir və meyvə-tərəvəz yeməyənlərlə müqayisədə 60-80 millilitr çox hava uda bilir.


Meyvə şirəsi və məti də orqanizmə eyni qaydada müsbət təsir göstərir.


10 ildən sonrakı müayinələr pəhrizlə ağ ciyərin vəziyyəti arasındakı əlaqəni də təsdiqləyib.


Araşdırmanın üzə çıxardığı nəticəyə söykənən alimlər yazırlar ki, həkimlər ağ ciyər xəstəliyindən əziyyət çəkən bütün insanlara meyv-tərəvəz yeməyi məsləhət görməlidirlər.