Kardioloq Olqa Bokeriya 2 sadə və ucuz meyvəni xərçəngə qarşı effektiv vasitə adlandırıb.
"Medicina" xəbər verir ki, müntəzəm olaraq alma-armud yeyilməsi onkologiyadan qoruyur.
Belə ki, bu meyvələrdə olan bitki lifi pektin qəbizliklə mübarizə aparır, eyni zamanda şiş hüceyrələrinin inkişafının qarşısını alır.
Hətta bu meyvələrin qurusu da eyni təsir edir. Amma şirəsini çəkib içmək o qədər faydalı olmur. Çünki onda şəkər, fruktoza artır.
Uşaqlara alma pastilası v çipsləri verin. Konfetlər əvəzinə onlara alışsınlar
Aygün Musayeva