Alma sirkəsi diabetik insanlara müsbət təsir göstərir.
“Medicina” xəbər verir ki, alma sirkəsini hər bir marketdən almaq olar. Eləcə də ev şəraitində düzəldilən alma sirkəsini almaq mümkündür.
Sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyələri üçün faydalı ola bilər ki, bu da diabet xəstələri üçün əla xəbərdir. Tədqiqatçılar beş sağlam subyekti altı sınaq yeməyinə məruz qoydular. Təsadüfi olaraq alınan yeməklər ya zeytun yağı, zeytun yağı və sirkə, ya da zeytun yağı, sirkə və çörək soda ilə yağlanmış 100 qram doğranmış kahıdan ibarət idi.
Üç halda, test yeməklərindən sonra qan şəkərinin (qlükoza) səviyyəsi yeməkdən əvvəl və yeməkdən 95 dəqiqə sonra ölçüldü.
Tədqiqatçılar qeyd ediblər ki, sirkə qəbulu zamanı qlükoza reaksiyası 31,4% azalıb.
Bu tədqiqatın məhdudiyyətləri var. Birincisi, nümunənin ölçüsü kiçikdir, ona görə də nəticələr daha böyük əhaliyə tətbiq edilə bilməz. İkincisi, 2-ci tip diabeti olmayan insanlara sınaq yeməkləri verildi.
Dietoloiq İqor Strokov müsahibəsində bildirdi ki, təmizlənmiş karbohidratları və şəkəri kəsmək qan şəkəri səviyyənizi idarə etməyin ən təsirli və ən sağlam yoludur. Amma alma sirkəsi içmək də faydalı ola bilər.
Alma sirkəsi əslində çox az miqdarda kalium, kalsium və maqneziumdan başqa heç bir vitamin və ya mineraldan ibarət deyil. Bununla belə, tərkibində amin turşuları və antioksidanlar da var.
Aynurə Məmmədova