Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alma formalı qadınlarda insult və infarkt riski yüksəkdir- ARAŞDIRMA

  • 2019.07.24 14:15
  • 5939 Baxış
Alma formalı qadınlarda insult və infarkt riski yüksəkdir - ARAŞDIRMA
Alma formalı, yəni yastı, yumru bədən quruluşuna malik qadınlar daha çox ürək xəstəliklərindən əziyyət çəkir. Bunu Nyu-York tibbi kollecinin alimləri bəyan edib. Onlar hesab edir ki, qadın bədənində piyin miqdarı və paylaşılması ürək üçün təhlükəli ola bilir.


Medicina.az xəbər verir ki, elmi tədqiqatda 162 min qadın iştirak edib. Onlar 1993-1998-ci illərdə xüsusi qadın sağlamlığı layihəsi çərçivəsində monitorinq olunublar. 


Araşdırmaçılar bu qadınların 2017-ci ilə kimi sağlamlıq vəziyyətlərini izləyib. Layihənin əvvəlində bu qadınlardan heç biri ürək-damar xəstəsi deyildi. Layihə müddətində 291 nəfərdə ürək damar patologoyası aşkarlandı. Bu qadınların bədən kütlə indeksi, piy dərəcəsi və piyin bədən üzrə hansı nahiyələrə çox paylanması analiz olundu.

 

Məlum oldu ki, alma fiqura kimi tipə ayrılan  qadınlarda, hansı ki, piy bel nahiyəsi, beldən aşağı daxili orqanların ətrafında çox olan, çyini və ayaqları arıq olan qadınlar ürək damar xəstəliyinə tez tutulur, nəinki armud fiqura tipli qadınlar, hansı ki, piy çanaqdan aşağı bud və ayaqlarda çox olur. Visçerial piylənməsi olan, yəni bel və qarın hissəsi piyli qadınlarda insult və infarkt riski yüksəkdir.