Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alloxolla 14 günlük təmizlənmə - 10 xəstəliyin dərmanı

  • 2018.04.02 17:49
  • 276632 Baxış
Alloxolla 14 günlük təmizlənmə -   10 xəstəliyin dərmanı
Alloxol sovet həkimlərinin sevimli dərmanı idi. Ödqovucu və öd yollarının diskineziyası zamanı tətbiq olunan bu bitki tərkibli dərmanın elə də ciddi əks təsirləri yoxdur. Amma Alloxolla 14 günlük təmizlənmə kursu ilə siz nəinki öd, qaraciyər, həmçinin bütün orqanizmi təmizləyə biləcəksiz.


Təmizlənmə proqramının qaydasını təqdim edirik.  Alloxol gündə 3 dəfə yeməkdən sonra qəbul edilməlidir.


I-gün – 1 tablet gündə 3 dəfə

II gün – 2 tablet gündə 3 dəfə

Beləcə hər gün bir tablet sayı artırırsız. 8-ci gün 7 tablet qəbul olunur. 

9-cu gündən başlayaraq əksinə günə 1 tablet azaldılır. 14 –cü gün 1 tablet atılır. 


Alloxol acqarına qəti qəbul olunmamalıdır. 

Bu metodla mədə-bağırsaq, qaraciyər və öd sistemindəki toksinlər təmizlənir, həzm normallaşır, çəki azalır. 

Bağırsaqların mikroflorası yaxşılaşır, qəbizlik və meteorizm aradan qalxır.


Xüsusən hepatit xəstələri üçün bu metod çox effektivdir.