Allergik xəstəliklər – orqanizmin hər hansı bir faktora, xəstəlik törətmək xüsusiyyəti olmayan faktorlara; yaşayış və iş yerlərindəki mikrofloraya, bitki tozcuqlarına, heyvan yunu və tükünə, qida maddələrinə qarşı yaranan həssaslıqdır. Keçən yüzillikdə allergik xəstəliklər, əsasən də respirator allerqozlar epidemiya şəklini alıb, böyüklər və uşaqlar arasında artmaqda davam edir.
Medicina.az xəbər verir ki, respirator allerqozlar dedikdə, tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik zədələnməsi nəzərdə tutulur. Respirator allerqozlara “sivilizasiya” xəstəlikləri də deyilir. İstehsalın geniş sənayeləsdirilməsi, məişətdə və kənd təsərrüfatında kimyəvi maddələrdən geniş istifadə bu xəstəliklərin vüsət almasında mühüm rol oynayır. Bunlar tənəffüs yollarına çox miqdarda zərərli maddələrin düşməsinə, xroniki iltihabi prosesə və orqanizmin sensibilizasiyasına, sonra isə allergik prosesin yaranmasına səbəb olur.
Allergik xəstəliklər bu gün dünyada patologiyalar arasında yayılmasına görə 3-4-cü yeri tutur. Daha çox uşaqlarda rast gəlinir, bu da onların immun sisteminin zəifliyi ilə bağlıdır.
Allergik xəstəliklər arasında daha çox rast gəlinir:
- allergik rinit
- allergik konyuktivit
- bronxial astma
- övrə
- atopik dermatit
Allergik rinit- burunda qaşınma, tez-tez asqırma, burun axması ilə təzahür edir. Burundan, gözdən axan selik tam şəffaf olur. Hətta burun dəsmalında izi belə qalmır.
Allergik konyuktivit - çox vaxt allergik rinitlə bir yerdə olur: bu zaman rinit əlamətlərindən başqa ğözdə qaşınma, sulanma, qızartı müşahidə edilir.
Körpələrdə allergik xəstəlik kimi atopik dermatitə daha çox rast gəlinir.
• Atopik dermatit – tez – tez təkrarlanan, xroniki gedişlə müşahidə olunan dərinin iltihabı xəstəliyidir: qızartı, ödem, qaşınma, ekssudasiya və qabıqlanma ilə müşahidə olunur.
• Atopik dermatit – böyüdükcə keçir, amma xəstələrin 50% - də bronxial astma, 75% - də allergik rinit formalaşa bilər.
• Adətən, atopik dermatitli xəstələrin yaxın qohumlarında (ana, ata, bacı, qardaş) 50 – 70% - hallarda dəri və tənəffüs yollarının allergiyası müşahidə olunur
• Xəstəlik adətən uşaq 2-3 aylıq olanda başlayır: əvvəl yanaqlarda, sonra üzün digər yerlərində, ənsə, biləklər, qollar, qarın və ətrafların açıcı səthlərində qızartı, qaşınma, sulanma, qabıqvermə müşahidə olunur. Belə uşaqlarda dəri quruluğu nəzərə çarpır
• 3-5 yaşlarda yaxşılaşma başlayır, 5 yaşdan yuxarı əlamətlər demək olar ki, tamamilə itir.
• Bəzən yaş artdıqca dəridə quruma və qalınlaşma olur, “atopik dermatit maskası” adlanan bir görünüş əmələ gəlir
Uşaqlarda allergik xəstəliklərin yaranmasına təsir edən amillərdən biri allergiyaya irsi meyilliyin olmasıdır. Bu baxımdan, ailədə allergiyaya meyillik olduqda allergiyanın profilaktikası hamiləlik dövründən aparılmalıdır. Belə analar hamiləlik və südəmizdirmə dövründə qidalanmalarına xüsusi nəzarət etməlidirlər. Hamilə qadınlar passiv və aktiv tütünçəkmədən özlərini qorumalıdırlar.
Allergik xəstəliklərin müalicəsi üçün allergenin uzaqlaşdırılması əsas şərtdir!
Allergik xəstəliklər hiperimmun reaksiya ilə xarakterizə olunur. Allergiyanın müalicəsi zamanı immun hiperhəssaslığa və allergik reaksiyada iştirak edən mediatorların artıq ifrazına şərait yaradan amillər də (psixi yüklənmə, yanlış qidalanma, disbioz, kandidoz, asidoz, ağır metallarla yüklənmə) nəzərə alınmalıdır.
Allergiyalar zamanı Almaniya istehsalı olan, biotənzimləyici Adrisin preparatı geniş istifadə olunur:
ADRISIN® çoxkomponentli və çoxhədəfli biotənzimləyici preparatdır.
ADRISIN® gözün selikli qişası, tənəffüs yolları və
dəridə ozünü büruzə verən allergik reakiyaları aradan qaldırır.
ADRISIN® həm kəskin, həm də xroniki simptomları aradan qaldırır.
GÖSTƏRİŞ:
- Allergiyaların müalicə və profilaktikası
- Konyuktivit
- Rinit
- Övrə
ÜSTÜNLÜKLƏRİ:
- Adrisin® tərkibindəki 16 komponentin birgə təsirinə
əsasən ümumi allergik reaksiyaları nəzarətdə saxlayır.
- Adrisin® həblərini istifadə etdikdə antiallergik
nazal sprey və ya göz damcısına ehtiyac qalmır.
- Rinit, konyuktivit və övrə simptomlarını tezliklə yaxşılaşdırır
- Heç bir əlavə təsiri və əks-göstərişi yoxdur
- Hər yaşda istifadə oluna bilər
Aygün Musayeva